Ceyhun Bayramov Baxtiyor Saidovla telefonla danışdı

15:35 31 Dekabr 2022

Bu gun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən “Sitat.info”ya verilən xəbərə görə, Ceyhun Bayramov Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

 



Xəbər xətti