Ukrayna hərbçiləri 300 rus hərbçisinin yerləşdiyi binanı vurdular - Video

13:50 2 Yanvar 2023

Ukrayna Silahlı Qüvvələri Makeevkada  rus qoşunlarının yerləşdiyi peşə məktəbinin binasını tamamilə dağıdıb.

Sitat.info xəbər verir ki, 300 hərbi qulluqçunun yerləşdiyi binaya hücum gecə saatlarında edilib.

Ukraynalı jurnalist Roman Boçkalanın sözlərinə görə, ukraynalıların məhv etdiyi Makeevka yataqxanasında rusların 20-ci Xüsusi Təyinatlı dəstəsinin 24 hərbi qulluqçusu,  Daxili İşlər Nazirliyinin

Daxili Qoşunlarının 360-cı rabitə alayının 20 hərbi qulluqçusu,  Raket Qoşunları və artilleriyasının BP-nin 631-ci regional təlim mərkəzinin 242 hərbçisi olub.

Ukrayna tərəfi  bildirb ki, itki böylük olduğu üçün ruslar ölən və yaralıları gizlədirlər.

Məğrur,

Sitat.info



Xəbər xətti