Ukraynada 227 mülki şəxs həlak olub

08:15 3 Mart 2022

Fevralın 24-dən martın 1-dək Ukraynada 227 mülki şəxs həlak olub.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının ofisinin məlumatında bildirilib.

Qeyd olunub ki, həlak olanlardan 15-i uşaqdır.

Müharibə zamanı daha 525 mülki şəxsin yaralandığı bildirilib.



Xəbər xətti