Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

10:44 3 Yanvar 2023

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 1,21% artaraq, 1 848,3 ABŞ dollarına bərabər olub.

Sitat.info xəbər verir ki, birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 2,72% artaraq, 24,70 dollar təşkil edib.

Avro ABŞ dolları qarşısında 0,02% dəyər itirərək 1,0665 dollar təşkil edib.



Xəbər xətti