Türkiyədə yol qəzasında 2 hərbçi öldü

15:50 4 Yanvar 2023

Türkiyənin Konya şəhərində hərbçiləri daşıyan avtomobil yük avtomobilinə çırpılıb.

“Sitat.info” “TRT Haber”ə istinadən xəbər verir ki, qəza qatı duman səbəbindən Konya-Adana avtomobil yolunda baş verib.

Hadisə nəticəsində 2 hərbçi həlak olub, daha 2-si isə yaralanıb.

 



Xəbər xətti