Suriyanın şimalında 12 PKK yaraqlısı zərərsizləşdirilib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Tvitter" hesabında bildirib.
Hərbi idarənin bildirdiyinə görə, “Sülh mənbəyi” və “Zeytun budağı” əməliyyatlarının bölgələrində “sülh və təhlükəsizliyi pozmaq məqsədi ilə hücum təşkil etməyə cəhd edən” terrorçular zərərsizləşdirilib.
Bundan əvvəl Ankara Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında aparılan danışıqlardan sonra qoşunlarını Suriyanın şimalındakı ərazilərdən çıxarmağa razılaşıb. İclas iştirakçıları, həmçinin PKK ilə əlaqəli kürd birləşmələrinin Suriya və Türkiyə üçün böyük təhlükə yaratdığı mövzusunda həmfikir olublar./Publika.az