Ukrayna prezidenti Vladimir Zelenski xalqa gündəlik müraciətində Fransanın onlara tanklar göndərdiyini bildirib və bunun bütün digər tərəfdaşlar üçün nümunə olduğunu vurğulayıb.
Sitat.info xəbər verir ki, Zelenski daha çox zirehli texnikaya ehtiyacı olduğunu vurğulayıb.
“Biz daha çox zirehli texnika, xüsusən də Fransa istehsalı olan təkərli tanklar alacağıq. Bu, bütün digər tərəfdaşlarımıza açıq siqnaldır: Qərb tipli tankların hələ də Ukraynaya göndərilməməsinin heç bir məntiqi səbəbi yoxdur. Fransa Ukraynaya Avropanın müdafiə dəstəyini yeni səviyyəyə qaldırır və bu liderliyə görə prezident Makrona təşəkkür edirəm. Biz daha çox zirehli texnika, xüsusən də Fransa istehsalı olan təkərli tanklar alacağıq. Bu, bütün digər tərəfdaşlarımıza açıq siqnaldır: Qərb tipli tankların hələ də Ukraynaya göndərilməməsinin heç bir məntiqi səbəbi yoxdur”.
“Biz sülh təşəbbüsümüzü bütün liderlərlə müzakirə edirik. Bu 10 açıq maddədən ibarətdir. Bütün təhlükəsizlik aspektləri, ərazi bütövlüyümüz, rus qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və ədalətin tam təmin edilməsi, yəni bu hücuma və Ukrayna və ukraynalılara qarşı cinayətlərə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılması, eləcə də bütün zərərin ödənilməsi önəmlidir".
Xatırladaq ki, Uzun müddət idi ki, Ukrayna ABŞ istehsalı olan “Abrams” və Almaniya istehsalı olan “Leopard” tanklarının Ukraynaya göndərilməsini xahiş edirdi.
Seymur,
Sitat.info