​​​​​​​İran Xameneyinin karikaturalarına cavab olaraq Tehrandakı Fransa institutunu bağlayıb

16:56 5 Yanvar 2023

İran Fransanın “Charlie Hebdo” jurnalında ölkə lideri Seyid Əli Xameneyiyə qarşı “təhqir” məzmunlu karikaturaların dərci ilə əlaqədar Tehrandakı Fransa institutunu bağlayıb.
Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransa jurnalının "İslamın siyasi və dini nüfuzunu və simvollarını təhqir edən təcavüzkar hərəkəti"nin pisləndiyi və bu hərəkətlərə görə birbaşa Fransa hökumətinin məsuliyyət daşıdığı bildirilib.

Bu çərçivədə İranın Fransa ilə mədəni əlaqələrini nəzərdən keçirdiyi və ilk addım olaraq Fransanın İrandakı tədqiqat institutunun fəaliyyətinə son qoyulduğu bildirilib.
“Charlie Hebdo” adlı jurnalın əvvəlki illərdə “ifadə azadlığı” adı altında Məhəmməd peyğəmbərə və İslam dininə qarşı karikaturalar dərc etməklə insan ləyaqətinə, mənəvi və dini dəyərlərə hücum etdiyini xatırladan İran XİN-i bildirib ki, Xameneyi ilə bağlı karikaturalar da bunun davamıdır.  

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti