Ərdoğana qarşı vahid namizəd kim olacaq - 6lı masa 10-cu dəfə toplandı

17:09 5 Yanvar 2023

CHP, İYİ Partiya, Demokrat Partiyası, Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyasının daxil olduğu 6 partiyalı masanın 10-cu toplantısı başlayıb. Gələcək Partiyasının ev sahibliyi etdiyi yığıncaqda 6 masanın prezidentliyə namizədinin seçki platforması  müzakirə olunacaq.
Sitat.info xəbər verir ki, Türkiyədə Gələcək Partiyasının Qərargahında ikinci tur çərçivəsində 6 nəfərlik masanın 10-cu iclası keçirilir.

Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun ev sahibliyi etdiyi yığıncaqda CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, Demokrat Partiyasının sədri Gültekin Uysal, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və DEVA Partiyasının sədri Əli Babacan iştirak edir.

6lı masa tərəfindən formalaşdırılan İşçi Qrup “Gücləndirilmiş Parlament Sistemi”nə keçidlə bağlı əsas prinsipləri əks etdirən  9 əsas və 73 alt başlıqdan sənəd artır yekunlaşıb. 

 Bugünkü iclasda hökumət proqramı səviyyəsində sənədlər müzakirə olunacaq və bu mətn masada yekun şəklinə salınacaq. Prezidentliyə vahid  namizədin seçki platforması 6lı masada hazır olacaq.

Sənəddə hicabla bağlı konstitusiya dəyişikliyi təklifinə necə yanaşma sərgilənəcəyi də müzakirə olunacaq.

Görüşdən sonra bəyanatın veriləcəyi gözlənilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti