Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Petr Çernik bildirib ki, Kremldə daxili münaqişə var. O, hesab edir ki, Putin hələ də təsir qüllələri arasında tarazlığı saxlayır.
"Priqojin artıq təkcə Putinin aşpazı deyil, o, artıq kifayət qədər böyük siyasi birlikdir. Priqojin əslində şəxsi ordusunu idarə edir. Şoyqu da özünün ayrıca ordusunu yaratmağa başlayıb. Gec-tez bu zəhərli hörümçəklər bir-birini yeyəcək və qüllələrdən biri öləcək.
Rusiya Federasiyası Ukraynadakı hərbi məğlubiyyətə görə parçalanacaq".
Səid,
Sitat.info