Amazon tarixində ən böyük ixtisarlar: Onminlərlə insan...

17:59 5 Yanvar 2023

Son zamanlar böyük texnologiya şirkətləri istehlakçıların alıcılıq qabiliyyətinin azalması səbəbindən xərclərini azaltmağa başlayıblar. Nəhəng texnologiya şirkət Amazon da xərclərini azaltmaq üçün öz tarixində ən radikal ixtisarlara əl atacaq. 

Sitat.info xəbər verir ki, Amazon şirkətinin rəhbəri Endi Jassi 18 mindən çox insanı işdən çıxarmağa hazırlaşdığını bildirib. Şirkət xərclərini azaltmaq üçün ixtisarlar edir. İşdən çıxarılacaq şəxslərə yanvarın 18-də məlumat veriləcək. Şirkətin 300 minə yaxın işçisi var və onların 6 faizi ixtisara düşüb.

Qeyd edək ki, artıq noyabr ayında Amazon-un işçilərini ixtisar edəcəyi gündəmdə idi, lakin heç bir detal verilmirdi 

 "Biz işdən çıxardığımız insanlara kompensasiya verəcəyik, müvəqqəti tibbi sığorta ilə təmin edəcəyik və onlara iş tapmağa kömək edəcəyik" - Jassi deyib.O,  işçilərinə e-poçt göndərərək, "Amazon indiyə qədər bir çox çətinliklərin öhdəsindən gəldi və bunun da öhdəsindən gələck" -deyib. 

Jassi ixtisarların hansı ölkələrdə baş verəcəyini dəqiqləşdirməyib.

Məğrur,

Sitat.info



Xəbər xətti