Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, iki ölkə liderləri dialoq zamanı bir sıra məsələləri müzakirə ediblər.
Onlar humanitar və enerji sektorlarına dəstək, həmçinin “taxıl dəhlizi”nin işini müzakirə ediblər.
Ərdoğan Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhə nail olmaq üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib, həmçinin Ankaranın Zaporijjya AES ətrafında proseslərin sürətləndirilməsinə diplomatik töhfə verməyə hazır olduğunu vurğulayıb.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsi məlumat yayıb. Dövlət başçıları eyni zamanda söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığı da müzakirə ediblər.
Səid,
Sitat.info