Ukrayna aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 15 zərbə endirib.
Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri düşmənə məxsus "Su-25" təyyarəsini və "Mi-8" helikopterini vurub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam hesabatında verdiyi məlumata görə, yanvarın 5-də Ukrayna aviasiyası düşmənin cəmləşdiyi ərazilərə 15 zərbə, eləcə də zenit-raket komplekslərinin mövqelərinə üç zərbə endirib: "Müdafiəçilərimiz düşmənin "Su-25" təyyarəsini və "Mi-8" helikopterini vurub. Eyni zamanda Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri işğalçıların canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazini atəşə tutublar".
Məğrur,
Sitat.info