Avropa ölkələrində yanvar ayı temperatur rekordları qırıldığı halda, Fransa və İsveçrədəki bəzi xizək kurortları gözlənilən qar yağmaması səbəbindən bağlanıb.
Sitat.info xəbər verir ki, 2023-cü ilin ilk günlərində Avropa qitəsində isti dalğası təsirli olur. Avropanın ən azı 8 ölkəsində yeni ilin ilk günündə yanvar ayının temperatur rekordları qırılıb. Klimatoloq Maksimiliano Herreranın topladığı məlumatlara görə, yanvar ayında Polşa, Danimarka, Çexiya, Hollandiya, Belarus, Litva və Latviyada rekord temperatur qeydə alınıb. "Biz bunu Avropa tarixindəki ən ekstremal hadisə hesab edə bilərik" deyə Herrera bildirib.
Polşanın paytaxtı Varşavada yanvarın 1-də havanın temperaturu Selsi üzrə 18,9 dərəcə olub. Çexiyanın Yavornik şəhərində termometrlər 19,6 dərəcə isti göstərib.
Ölkənin bəzi yerlərində havanın temperaturu 19 dərəcə Selsi civarında olduğu halda, adətən yaz aylarında bu səviyyəyə çatır. Belarusun Vısokaye şəhərində yanvarın 1-də havanın temperaturu 16,4 dərəcəyədək yüksəlib. Qarlı mənzərələri ilə tanınan İsveçrə ilə 20 dərəcə selsi ilə başlayıb. İspaniyanın Bilbao şəhərində termometrlər 25,1 dərəcə isti olub. İspaniyanın şimalında və Fransanın cənubunda da hazırda yay havası hökm sürür.
Seymur Bənnayev
Sitat.info