Ötən gün Bakının Nərimanov rayonunda meyitləri tapılan 4 nəfərin hamısının kimliyi məlum olub.
DİN Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib verir ki, dünəndən bəri kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu üzə çıxıb.
Qeyd edək ki, K.Salayev məktəbli imiş.