Yaxşı xəbərlər daha çox olacaq - Kuleba

16:30 6 Yanvar 2023

“Silahlarla bağlı qadağalar aradan qalxıb".

Sitat.info “Yevropeyski Pravda” qəzetinə istinadən məlumat verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söyləyib. O bildirib ki, Fransa, Almaniya və ABŞ-ın Ukraynaya yeni silahlar, xüsusən də Qərb tipli zirehli texnika verməsi silahlara qarşı tabu, yəni qadağa dövrünün keçmişdə qaldığını göstərir: "Yaxşı xəbərlər daha çox olacaq".

Kuleba prezident Zelenskinin bu həftə “əsl diplomatik marafon” keçirdiyini, hər gün üç və ya dörd liderlə danışıqlar apardığını və silah tədarükü ilə bağlı artıq bəzi qərarların verildiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 5-də ABŞ və Almaniya liderləri Co Bayden və Olaf Şolts arasında söhbətdən sonra Ukraynaya ABŞ-ın “Bradley” piyada döyüş maşınları, Almaniyanın isə “Marder” zirehli maşınları vermək istədiyi məlum olub.

Həmçinin Almaniya ABŞ-ın ardınca Ukraynaya “Patriot” raketdən müdafiə sisteminin əlavə batareyasını vermək niyyətindədir.

Bir gün əvvəl isə Fransa prezidenti Emmanuel Makron Fransanın AMX-10 RC təkərli tanklarının Ukraynaya gətiriləcəyini açıqlamışdı./Publika.az



Xəbər xətti