İsrail Azərbaycana dost və qardaş dövlətdir - Arzuxan Əlizadə

18:50 6 Yanvar 2023

"Zamanında Azərbaycan  ərazisindən İrana qarşı poliqon kimi istifadə etmək nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan  buna icazə vermədi. Qonşu dövlət olduğu üçün, din qardaşlarımız olduğu üçün icazə vermədik. Təəssüflər olsun ki, İran bunu qiymətləndirmədi və hələ də burada İsrail izi axtarmağa çalışır. Xüsusilə də müharibə dönəmində və müharibədən sonrakı dövrdə Azərbaycanı İsraillə münasibətlərinin yaxın olmasında qınamışdılar. Azərbaycan isə İranla qonşuluq münasibətlərini nəzərə alaraq, hətta İsraildə səfirlik açmamışdı. Bəlkə də bu yanlış siyasət idi. Yalnız bu yaxınlarda, ilin sonunda İsraildə səfirliyimizin açılması ilə bağlı qərar verildi".

Sitat.info xəbər verir ki, bu sözləri Arzuxan Əlizadə Reaksiya TV-nin efirində səsləndirib. 

O vurğulayıb ki, səfirliyin açılması təqdir ediləcək qərardır: "İsrail  müharibə dövründə də təsdiq etdi ki, Azərbaycana dost, qardaş dövlətdir. Həm bizə satdığı silahlarla, həm də həmin silahları Ermənistana satmamağa qərar verməklə Azərbaycanın yanında  mənəvi və siyasi dəstək verərək durdu. Bu baxımdan əminliklə deyə bilərik ki, İsrail Azərbaycana dost və qardaş dövlətdir".

Məğrur, 

Sitat.info



Xəbər xətti