Belarus Müdafiə Nazirliyi Rusiya-Belarus birgə regional qüvvələrinin müdafiə missiyasına hazır olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, Belarus müdafiə nazirinin müavini Andrey Juk açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun qəbul etdiyi qərara əsasən, birgə regional qüvvələrin hazırlığı və koordinasiyası oktyabrın sonundan etibarən həyata keçirilib.
Hərbi birliklərin çoxlu təlimlər keçirdiyini ifadə edən Juk, "Bu gün regional hərbi birliklərin Rusiya-Belarus Birlik Dövlətini müdafiə etməyə hazır olduğunu söyləmək olar" dedi. ifadəsini işlətdi.
Müxtəlif birliklər səviyyəsində birgə regional hərbi birləşmələrin təkmilləşdirilməsi istiqamətində səylərin gələcəkdə də davam etdiriləcəyini qeyd edən Juk Belarus ərazisində birgə taktiki-uçuş təliminin keçiriləcəyini, ilin sonunda Rusiya və Belarus ordusunun Qalxan-2023 hərbi təlim əməliyyatları həyata keçirəcəyini bildirib.
Seymur Bənnayev
Sitat.info