Piyadanı vuraraq öldürən “Prius” sürücüsünə  AĞIR CƏZA

10:18 7 Yanvar 2023

Binəqədi Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Sərxan Sərxanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Sitat.info Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 25 iyul 2022-ci ildə, saat 22:35-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sərxan Sərxanov idarə etdiyi “Toyota Prius” minik markalı avtomobillə 1967-ci il təvəllüdlü Sakit Məmmədovu (şərti) vuraraq öldürüb.

Daha sonra o saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisədən əvvəl Sakit Məmmədov paytaxt ərazisində yerləşən restoranların birindən toy məclisindən evə qayıdırmış.

 

 



Xəbər xətti