Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Qurumdan Sitat.info-ya bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.
Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.