Ukrayna Dəmir Yolları həlak olan Rusiya ordusunun hərbçilərinin cəsədlərinin çıxarılması üçün Silahlı Qüvvələrə soyuducu vaqonlar verib.
“Ukrayna Dəmir Yollarına Fastov, Odessa-Zastava, Podolsk, Merefa, Zaporojye stansiyalarından Rusiya ordusunun əsgərlərinin meyitlərini ölkədən çıxarmaq üçün 20 vaqon göndərmək tapşırılıb. Bir soyuducu vaqonun yükgötürmə qabiliyyəti 50 tondur, yəni işğalçı ordusunun 10 min əsgərini götürə bilərik”, – məlumatda deyilir.
“Ukrayna Dəmir Yolları” bu cür qatarların digər qatarlardan və yaşayış məntəqələrindən sanitar məsafədə hərəkətin təmin edilməsi üçün qaydalar hazırlayır. Bu vaqonlar yalnız Rusiya hərbçilərinin cəsədlərinin daşınması üçün istifadə olunacaq.
Daha əvvəl xəbər verdiyi kimi, bir həftə ərzində Ukraynada gedən döyüşlərdə 9 min Rusiya hərbçisi həlak olub.