Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
DİN-in mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", - məlumatda qeyd edilib.