İsrailin ifrat sağçı olan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir polisə Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan etmək göstərişi verib.
Sitat.info xəbər verir ki, Nazir Ben-Qvir Tvitter səhifəsində yazıb: "Bu gün polisə Fələstin bayrağının və ya terror təşkilatı ilə eyniləşdirən və ya İsrail dövlətinə qarşı təhdid yaradan hər hansı bayrağın dalğalanmasını qadağan etməyi tapşırmışam".
“Terrora və onun təhrikinə qarşı bütün gücümüzlə mübarizə aparacağıq” deyən Ben-Qvir ictimai yerlərdə Fələstin bayraqlarının dalğalanmasını qadağan edib.
Ben-Qvirin 40 ilini İsrail həbsxanalarında keçirən fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də azadlığa buraxılmasından və Hayfadakı Ara kəndində Fələstin bayraqları açılaraq coşqu ilə qarşılanmasından sonra belə bir qərar verdiyi bildirilir.
Seymur,
Sitat.info