NASA-nın köhnə radiasiya peyki Yerə atmosferinə enir: Hara düşəcəyi bilinmir...

18:25 9 Yanvar 2023

NASA-nın 1984-cü ildə kosmosa göndərdiyi radiasiya peyki ERBS-in bu gün Yer atmosferinə daxil olacağı gözlənilir. 2005-ci ildə missiyasını tamamlayan və kosmos zibilinə çevrilən peykin böyük hissəsinin atmosferdə yanacağı və bəzi hissələrinin Yerə düşə biləcəyi deyilir. Sitat.info xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmos İdarəsi NASA radiasiya peyki ERBS-i kosmosa 38 il əvvəl göndərib. Atmosferdəki dəyişiklikləri müşahidə edən və ölçən peyk 2005-ci ildə öz missiyasını başa vuraraq kosmik tullantıya çevrilib. 

İllərdir Yer ətrafında dövr edən 2500 funtluq peykin Yer atmosferinə daxil olacağı gözlənilir. Bu giriş zamanı ERBS-nin böyük bir hissəsi yandırılacaq. Peykin bəzi hissələrinin Yerə düşə biləcəyi, lakin zədələnmə riskinin çox az olduğu bildirilir.

Peykin dəqiq nə vaxt və hansı bölgəyə düşəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Məğrur,

Sitat.info



Xəbər xətti