Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak Rusiya işğalçılarının şərqdəki strategiyasının tamamilə anlaşılan olduğunu iddia edir.
Sitat.info-nun xəbərinə görə, Yermak Telegram-da yazıb ki, “onsuz da keçirilən səfərbərliyə haqq qazandırmaq üçün heç olmasa bir qələbə qazanmaq, illüziya yaratmaq məqsədilə qüvvələrimizi bombalamağa çalışırlar. Amma buna nail olmurlar - əsgərlərimizin şücaəti nəhəngdir. Soledar, Baxmut və Şərqdə indi dayanırlar. Rus əsirlərinin cəsədləri isə tarlalarda donur".
Səid İsaoğlu,
Sitat.info