Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, indiki toqquşma Qərbin ukraynalıların əli ilə Rusiyaya müqavimət göstərmək cəhdidir.
"Moskva Kiyevlə müharibə aparmır: hazırkı toqquşma Qərbin ukraynalıların əli ilə Rusiyaya müqavimət göstərmək cəhdidir".
Sitat.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun fikrincə, Ukrayna hadisələri Moskva ilə Kiyev arasında toqquşma deyil. Bu, NATO-nun, əsasən də ABŞ və İngiltərənin Rusiya ilə hərbi qarşıdurmasıdır: "Birbaşa təmasdan qorxan NATO ukraynalı oğlanları ölümə sürükləyirlər. Amma xüsusi hərbi əməliyyatın köməyi ilə Rusiya öz regionlarını işğaldan azad edir və Qərbin qardaş Ukrayna xalqını məhv etmək üçün apardığı qanlı təcrübəyə son qoymalıdır. Biz Ukrayna ilə müharibə aparmırıq, çünki biz sadə ukraynalılara nifrət edə bilmərik", - o vurğulayıb.
Nərgiz,
Sitat.info