Rusiyanın Ukrayna ilə danışıqlarda təkliflər bloku 3 hissədən - hərbi-texniki, humanitar-beynəlxalq və siyasi qismlərdən ibarətdir.
Musavat.com xarici agenltiklərə isitnadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib.
Qeyd etmək lazımdır ki, prezident Putinin mətbuat katibi Dmitri Peksov Ukrayna nümayəndə heyətini danışıqları qəsdən uzatmaqda ittiham edib.
Xarici işlər naziri Sergey Lavrov isə danışıqların ikinci raundunda Ukrayna və hətta bütün Avropanın təhlükəsizliyinin müzakirə olunacağını söyləyib.
Lakin o, RF və Ukrayna arasında sülh anlaşmasında Moskvanı narahat edən silahların məhv olunması ilə bağlı bəndin öz əksini tapmalı olduğunu da deyib.
Sergey Lavrovun iddiasına görə, Moskvaın tələbləri əslində minimaldır.