Aİ və NATO artan geostrateji rəqabətə, dayanıqlılığa və vacib infrastrukturların qorunmasına diqqət yetirmək qərarına gəliblər.
Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ ilə NATO arasında üçüncü əməkdaşlıq bəyannaməsini imzalayıblar.
Alyansın bəyanatında deyilir ki, bu bəyannamə son 5 ildə ilkdir. Onun imzalanmasını şərh edən Stoltenberq Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəyişmiş təhlükəsizlik mühiti kontekstində NATO ilə Aİ arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Stoltenberq mətbuat konfransında deyib: "İndi bu, həmişəkindən daha vacibdir. ... Prezident Putin üç gün ərzində Ukraynanı ələ keçirmək və bizi parçalamaq istəyirdi. O, hər iki baxımdan uğursuzluğa düçar oldu".
Məğrur,
Sitat.info