Şoyqudan “nüvə" bəyanatı: "Bu ərazi bütövlüyümüzün əsas təminatçısıdır"

17:33 10 Yanvar 2023

Strateji təyyarələr, qitələrarası ballistik raketlər və sualtı qayıqlardan ibarət “nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcəyik.

Sitat.info xəbər verir ki, bu sözləri deyən Rusiya müdafiə naziri  Sergey Şoyqu bu barədə danışıb. 

“Nüvə qalxanı suverenliyimizin və ərazi bütövlüyümüzün əsas təminatçısıdır”. 

Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə 2023-cü illə bağlı qiymətləndirmələr aparıb.

"Bu il üçün əsas məqsədimiz Rusiya ordusunun döyüş qabiliyyətini artırmaqla bağlı kompleks tədbirlər görməkdir. Ordumuzun Ukrayna və Suriyadakı əməliyyat təcrübəsini daim təhlil etməli, kadr hazırlığında və ordunun qurulmasında bu nəticələrdən istifadə etməliyik" -Şoyqu deyib. 

"Biz nüvə üçlüyünü inkişaf etdirməyə və döyüş hazırlığı səviyyəsini saxlamağa davam edəcəyik. Nüvə qalxanı suverenliyimiz və ərazi bütövlüyümüzün əsas təminatçısıdır". Döyüş təyyarələri və pilotsuz uçuş aparatları da daxil olmaqla Rusiya hava qüvvələrinin imkanlarını artıracaqlarını açıqlayan Sergey Şoyqu, "Bizim planlarımız arasında müasir hücum maşınları arsenalını genişləndirmək də var" -deyib. 

Səid İsaoğlu,

Sitat.info

 



Xəbər xətti