ABŞ-ın Nyu Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlardan Çin məhsulu sosial media proqramı olan TikTok-a daxil olmaq qadağandır.
Sitat.info xəbər verir ki, Çində mərkəzi yerləşən sosial media proqramı TikTok ABŞ-ın Nyu Cersi və Ohayo ştatlarında qadağan edilib.
Nyu Cersi ştatının qubernatoru Fil Merfi Çinin ByteDance şirkətinin TikTok proqramına rəsmi qurumlara məxsus cihazlardan daxil olmağın qadağan edildiyini açıqlayıb.
"Çin hökuməti ByteDance-dən istifadəçi məlumatlarını tələb edə bilər. Bu baxımdan milli təhlükəsizliyimizlə bağlı narahatlıqları var" .
Ohayo qubernatoru Mike DeWine də yerli və milli kibertəhlükəsizlik təhdidlərinin mövcud olduğunu, TikTok platformasının istifadəçilərin məlumatlarını cihazlarda saxlanması üçün yaradıldığını əlavə edib.
Seymur,
Sitat.info