İranda “casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı” ittihamları ilə mühakimə olunan Belçika vətəndaşı 40 il müddətinə azadlıqdan məhrum edilib.
Sitat.info xəbər verir ki, Belçika vətəndaşı Olivier Vandecastel "xarici kəşfiyyat xidməti adından İrana casusluq etmək", "İrana qarşı düşmən ABŞ hökuməti ilə əməkdaşlıq etmək", İrana xarici valyuta qaçaqmalçılığı və “çirkli pulların yuyulması” cinayətlərini törətdiyi səbəbi ilə mühakimə olunub.
O, Tehran İnqilab Məhkəməsində qaldırılan işdə "casusluq və İrana qarşı ABŞ hökuməti ilə əməkdaşlıq" ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib.
“Çirkli pulların yuyulması” ittihamı ilə 12,5 il həbs cəzası alan belçikalıya “valyuta qaçaqmalçılığı” ittihamı ilə 2,5 il həbs və cərimə və 74 şallaq zərbəsi vurulub. Maraqlıdır ki, İranda saxlanılan Belçika vətəndaşı barəsində hökm Belçika Konstitusiya Məhkəməsinin dekabrın 8-də İranla məhbus mübadiləsi sazişini dayandırmasından sonra verilib.
İki ölkə arasında məhbus və məhbusların mübadiləsinə dair saziş layihəsi iyulun 21-də Belçika parlamentində təsdiqlənmişdi.
Səid,
Sitat.info