Çin, Yaponiyanın tətbiq etdiyi Covid-19 məhdudiyyətlərinə cavab olaraq Yaponiyadan gələn səyahətçilər üçün vizaların verilməsini dayandıracaq.
Sitat.info xəbər verir ki, Çin, yoluxmaların artması səbəbindən ona məhdudiyyətlər qoyan ölkələrdən qisas almağa davam edir. Çin Cənubi Koreyadan sonra Yaponiyadan gələn səyahətçilərə viza verilməsini dayandıracağını açıqlayıb.
Çinin Tokiodakı səfirliyi, Yaponiyanın Covid-19 hallarının artması səbəbindən Çin vətədaşlarına qoyduğu məhdudiyyətlərə cavab olaraq, bu gündən etibarən Yaponiya vətəndaşlarına viza verilməsini dayandıracağını açıqladı.
Yaponiya Çindən gələn sərnişinlərin test nəticəsi mənfi olması şərti ilə ölkəyə daxil olmasına icazə verir, Çindən bəzi şəhərlərinə uçuşları məhdudlaşdırır.
Səid İsaoğlu,
Sitat.info