Rusiya-Ukrayna müharibəsi 2023-cü ildə bitəcək.
Sitat.info xəbər verir ki, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bu sözləri deyib.
O, bildirib ki, Qərb Rusiyanın Ukraynaya qarşı müharibəsində vaxtın Kiyevin tərəfində olduğuna inansa da, Ukrayna tərəfdən heç kim onu uzatmaq fikrində deyil.
"Çox qısa və çox aydındır Birincisi, müharibə 2023-cü ildə başa çatacaq. 2023-cü il ərzində. Bu vacibdir, çünki bizim üçün gecikmə çox pis ssenaridir", - Podolyak deyib.
Onun fikrincə, müharibəni uzatmaq yalnız Rusiyaya lazımdır. O qeyd edib ki, uzun sürən müharibə nəticəsində düşmən hərbi əməliyyatların intensivliyini xeyli azaltmaq istəyir.
Məğrur,
Sitat.info