Rusiya hərbçiləri Xarkov yaxınlığındakı Yakovlevka kəndini məhv ediblər.
Virtualaz.org xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova məlumat verib.
2-si mülki vətəndaş olmaqla azı 3 nəfərin həlak olduğu qeyd edilir. 8 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. 45 ev dağılıb, onlardan 21-i tamamilə dağılıb.
"Prokurorlar və müstəntiqlər müharibə qanunlarının və adətlərinin pozulması faktları ilə bağlı araşdırmalara başlayıb. Hazırda hadisənin baş verdiyi yer araşdırılır. Yaralıların və ölənlərin sayı dəqiqləşdiriləcək", - məlumatda deyilir.