Ankarada keçirilən Ukrayna və Rusiya görüşü ilə bağlı AÇIQLAMA

16:56 11 Yanvar 2023

Rusiyanın İnsan Hüquqları üzrə Ali Komissarı Tatyana Moskalkova və Ukrayna Ombudsmanı Dmitri Lubinets Ankarada Ombudsman Qurumunun (KDK) təşkilatçılığı ilə “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüş keçirib.

Sitat.info-nun məlumatına görə, görüşdən sonra açıqlama verən Moskalkova bildirib ki, bütün logistik problemlərə baxmayaraq, konfransa dünya ombudsman cəmiyyətindən 30-dan çox nümayəndə gəlib.

Moskalkova Türkiyənin Baş Ombudsmanı Şeref Malkoçun köməyi ilə İstanbuldakı həbsxanada bəzi Rusiya vətəndaşlarına baş çəkdiyini və onlarla görüşdüyünü qeyd edib. Malkoçun Moskalkova ilə Lubinets arasındakı danışıqları dəstəklədiyini də vurğulayıb.

Moskalkova yaralılara yardım, əsirlərin dəyişdirilməsi və mülki şəxslərin geri qaytarılması kimi mövzuların olduğunu bildirib:

“Humanitar dəhlizlər vəziyyətə görə dəyişə bilər. Onların yaradılması məsələsi iki ölkənin hərbi nazirliklərinin vəzifəsidir. Bu dəhlizlər olmadan bizim səlahiyyətlərimiz çərçivəsində konkret insanlara kömək etmək imkanımız var. Türkiyə hazırda bu baxımdan ən uyğun yerlərdən biridir. Ona görə də insanlar Türkiyə vasitəsilə başqa ölkələrə gedə bilirlər. Bu gün bəzi sənədlərə dəyişiklik ediləcək. Daimi əlaqə saxlayırıq. Biz danışıqları davam etdirəcəyik. Çox dəqiq tarixlərdən danışa bilmərik, amma bir-birimizdən hansı hərəkətləri gözlədiyimizi razılaşdırdıq. İnsanlara mümkün qədər tez kömək etməkdən danışırıq”./Manset.az



Xəbər xətti