Zelenski Gürcüstandakı səfirlə bağlı qərar qəbul edib

16:53 11 Yanvar 2023

Prezident Vladimir Zelenski 2022-ci il martın 1-dən Ukraynanın Gürcüstanda səfirini geri çağırmasından sonra səfirlik postu boş qalıb.
10 aylıq aradan sonra Ukrayna hakimiyyəti Vladimir Lukyanovu Gürcüstana səfir təyin etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, Gürcüstanın “Formula” nəşrinin məlumatına görə, təyinatla bağlı demək olar ki, bütün prosedurlar razılaşdırılıb. Lukyanov fevralın əvvəlində Tbilisidə işə başlayacaq.

İndi Lukyanov Xarici İşlər Nazirliyində işləyir. Gürcüstandakı iş onun ilk diplomatik missiyası olacaq.

Səid,

Sitat.info



Xəbər xətti