"Naxçıvan Azərbaycanın ən strateji nöqtələrindən biridir. Bizim Türkiyə ilə yeganə quru sərhəddimiz odur. Təkcə bu fakt Naxçıvanı Azərbaycanın ən strateji ərazisi statusuna gətirir. Çünki bizim Türkiyə ilə qardaşılıq siyasətimiz var və Türkiyə ilə Şuşa bəyanmaməmiz var. Sabah biz Türkiyədən ilə quru qoşunlarını gətirsək, yeganə yolumuz Naxçıvandandır".
Sitat.info xəbər verir ki, bu sözləri Musavat TV-nin efirində Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Naxçıvanda aparılan proses tədricən digər bölgələrdə də tətbiq ediləcək: "Digər bir məsələ, Naxçıvan indiyə qədər sınaq obyekti olub, əvvəlcə Naxçıvanda nəsə sınaqdan keçirilib, sonra Azərbaycanda tətbiq olunub. İndi də Naxşıvanın o mənada mənəvi yükü var ki, Naxçıvanda aparılan proseslər, islahatlar sonra Azərbaycanın digər ərazilərində də həyata keçiriləcək. Bu mənada 5-ci kalonun yeganə ayaqda qalmış son iri firuqu Naxçıvanda məskunlaşıb. Bu Vasif Talıbov idi. O, hazırda 5-ci kalonun ən iri prezidentliyə namizədi ola bilərdi, I vitse -prezident məsələsi də var idi".
Məğrur,
Sitat.info