Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şamaxı"nın Rumıniyanın "Botoşani" komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.
Sitat.info xəbər verir ki, bu barədə Klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.
Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.
Beləlik, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, "Şamaxı" günün ilk matçında Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə edib.