Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi telefonla danışıb. Görüşdə; İki ölkə arasındakı münasibətlər, Suriyadakı son vəziyyət və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. "Liderlər enerji, nəqliyyat və logistika sektorlarında qarşılıqlı faydalı layihələrin ardıcıl həyata keçirilməsini müzakirə ediblər", - Kremlin bəyanatında deyilir.
Bəyanatda o da bildirilib ki, Rusiya və İran Suriyada vəziyyəti “normallaşdırmaq” və Suriyanın ərazi bütövlüyünü “bərpa etmək” barədə razılığa gəliblər.
Rusiya və İran arasında ikitərəfli münasibətlər Rusiyanın Ukraynaya hücumlarından sonra tətbiq edilən sanksiyalardan sonra möhkəmlənib. Qərbin sanksiyaları altında olan Rusiya və İran dünyanın ən böyük neft ixracatçıları sırasındadır.
Seymur Bənnayev
Sitat.info