Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərləri bu ölkədə hər zaman böyük məmnunluqla qarşılanır.
Sitat.info xəbər verir ki, bunu İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Qonaq Prezident İlham Əliyevin Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında İtaliyanın oynadığı rola verdiyi qiymətə görə minnətdarlığını ifadə edib.
Quido Krosetto Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyib.
Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.