Vətən müharibəsi qazisi Zamir Osmanov dünyasını dəyişib.
“Sitat.info” xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada vəfat edib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.
Əldə etdiyimiz ilkin məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. Bununla bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.
Xəbəri ilk olaraq Lent.az saytı yayıb.