Dünya bazarlarında neftin qiyməti cüzi artıb.
"Sitat.info" xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,07 % bahalaşaraq 1 bareli 82,72 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 bareli 77,45 ABŞ dolları təşkil edib.
Ekspertlər hesab edirlər ki, Çində tələbin bərpası səbəbindən bazarlarda nikbinlik hökm sürür.