ABŞ-da inflyasiya göstəricilərində geriləmə qeydə alınıb

21:46 12 Yanvar 2023

Dekabrda ABŞ-da inflyasiya 6,5 ​​faiz təşkil edib. Əvvəlki səviyyə 7,1 faiz idi. Aylıq inflyasiya isə 0,1 faiz azalıb.
Sitat.info xəbər verir ki, qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ inflyasiya məlumatları açıqlanıb.

Noyabrda 7,1 faiz olan ABŞ-da inflyasiya dekabrda 6,5 ​​faizə düşüb. Aylıq inflyasiya da 0,1 faiz azalıb. Əsas inflyasiya 5,7 faiz təşkil edib. Belə ki, inflyasiya 6 ay ərzində azalma tendensiyasına daxil olub.

İnflyasiya ötən ilin oktyabrından bəri ən aşağı səviyyədədir.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti