"Üzr istəmək məcburiyyətində deyiləm" - Makron

21:50 12 Yanvar 2023

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməsinin heç nəyi düzəltməyəcəyini ifadə edərək, "Üzr istək" məcburiyyətində deyiləm" deyib.

Sitat.info xəbər verir ki, əlcəzairli yazıçı Kamel Daoud ilə "Le Point" jurnalına müsahibə verən Makron Fransanın müstəmləkəçiliyə görə Əlcəzairdən üzr istəməsi ilə bağlı çağırışlara cavab verib.

Prezident Makron, "Mən bağışlanma diləməli deyiləm. Məsələ bunda deyil, bu ifadə (bağışlanma istəmə) bütün münasibətləri pozur"- deyib.

Tarix və yaddaş araşdırmaları mühasibat hesabatı kimi bir şey deyil. Bunlar “yanlış anlaşılan” mövzulardır. Makron Fransanın Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməsinin heç nəyi düzəltməyəcəyini müdafiə edib. 

Məğrur,

Sitat.info
 



Xəbər xətti