Rusiyada icbari hərbi xidmətdə tətbiq edilən 18-27 yaş aralığında yuxarı həddinin 30-a çatdırılması nəzərdə tutulur.
Sitat.info xəbər verir ki, Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Rusiyada yazda icbari hərbi xidmət üçün yuxarı yaş həddini 30-a, aşağı yaş həddini isə yalnız 18-dən 21-ə qaldıracaqlarını açıqlayıb.
Rusiyanın hazırkı əsgər sayını 30 faiz artırmaq planı var. Belə ki, Ukraynadakı müharibədə ağır itkilər səbəbindən yaranan hərbçi çatışmazlığını ödəmək üçün dəyişiklik ediləcək. Kartapolov başqa bir açıqlamasında bu dəyişikliyin əsgər sayını artırmaq üçün ediləcəyi ilə bağlı deyilənləri rədd edərək, "Bizim əsgər sayımız hər il azalır və bu say artmayacaq" deyib. Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin icbari hərbi xidmət üçün hazırkı yaş həddinin 18-27-dən 21-30-a qaldırılması təklifini dəstəkləyib.
Bildirilir ki, Rusiya əsgərlərinin sayını 1,15 milyondan 1,5 milyona çatdırmağı planlaşdırır.
Digər tərəfdən, ötən ilin sentyabrında Rusiya müharibə səbəbindən İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səfərbərlik elan edib və 300 mindən çox insan orduya cəlb edilib.
Nərgiz,
Sitat.info