Maya Sandu Azərbaycan Prezidentinə zəng edib

20:30 3 Mart 2022

Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.



Xəbər xətti