"Ərdoğanın rəqibi Türkiyəni istəməyən xarici dövlətlərdir.Türkiyədə isə Ərdoğana rəqib siyasətçi yoxdur. Ərdoğana rəqib, düşmən kəsilənlər çoxdur. Bu gün təkcə Ərdoğana qarşı çıxanlara deyil, bütün türklərə və türk dünyasına qarşı savaş açanlar var. Bunun arxasında isə Amerika, Fətullah Gülən, türk düşməni Fransa və Avropanın digər dövlətləri, Yunanıstan, Ermənistan, fars faşizmi var. Bunlar hərəkətlənmələr içərisindədirlər.
Bu məqsədlə biz təkcə Ərdoğana qarşı çıxanlara deyil, həmçinin türklərə qarşı çıxan xarici qüvvələrə qarşı bərabərliyimizi nümayiş etdirməyi bacarmalıyıq".
Sitat.info xəbər verir ki, bu sözləri "Sitat tv"nin canlı efirində "Turan" partiyasının başqanı Cahandar Bayoğlu deyib.
Cahandur Bayoğlu sitat TV-də (YouTube) digər vacib məqamlara da toxunub. Kanal keçib, izləyə bilərsiniz.
Seymur,
Sitat.info