Almaniya ərazini minalardan təmizləmək üçün Ukraynaya dörd istehkam tankı çatdırıb.
Sitat.info xəbər verir ki, Almaniya hökuməti ölkə 4 minatəmizləmə tankı və 4 mobil və mühafizə olunan minatəmizləmə sistemini təhvil verib.
Həmçinin, sərhədin mühafizəsi üçün Ukraynaya daha 10 zirehli maşın gətirilib və 120 mobil istilik sistemi verilib.
Bildirilir ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 9-dək olan müddətdə Almaniya Ukraynaya ümumi məbləği 2 milyard 246 milyon avro olan hərbi əmlak verib.
Məlumata görə, Almaniyanın Ukraynaya 40 MARDER piyada döyüş maşını və PATRIOT hava hücumundan müdafiə sistemi təhvil verməsi gözlənilir.