"İrqçilik və nifrət cinayətləri ilə mübarizəyə ehtiyac var. Bu aksiya şəhərin mərkəzində, bələdiyyənin qarşısında, hər kəsin gözü qarşısında baş verdi. İsveç burada qınamaqla məsuliyyətdən qaça bilməz. Memorandum imzaladı, İsveç və Finlandiya nə edə biləcəklərinə söz verdilər və bunun altına imza atdılar"
Sitat.info xəbər verir ki, bu sözləri Türkyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin verdiyi cavaba reaksiyasında deyib.
"Nə çox istəyirik, nə də az. Bəzi bəyanatlar var, bəli, amma digər tərəfdən terror təşkilatının varlığı davam edir. Təkcə dünənki irqçi və nifrət yayan aksiya yox. eyni zamanda terror təşkilatını dəstəkləyən fəaliyyətlər davam edir. İsveç bunların qarşısını almaq üçün öhdəlik götürüb və bunun yerinə yetirilməsi vacibdir". Terror təşkilatı və tərəfdarları İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmaq istəyirlər. Bu dövlətlər ya terrorçulara boyun əyəcəklər, ya da terror təşkilatlarına qarşı addım atacaqlar".
İtaliyalı həmkarı ilə mətbuat konfransında danışan Çavuşoğlu, "Terror təşkilatı PKK-nın missiyalarımıza qarşı bəzi təxribatları olub. Biz bu məsələni İtaliyaya çatdırdıq, İtaliya da lazımi tədbirləri gördü. PKK və ona bağlı olanların artdığını görürük. Təkcə İsveçdə deyil, bütün Avropada təxribatlar artır. Ölkələrin bu mövzuda daha qətiyyətli olması vacibdir”
Nərgiz,
Sitat.info