Elektron saatlarda bunu da etmək mümkün olacaq

17:03 14 Yanvar 2023

Ağıllı saatlarda telefon olmadan da naviqasiya sistemini istifadə etmək mümkün olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Google” şirkəti hazırda həmin funksiyanın üzərində işləyir.

Əsasən LTE dəstəkli Wear OS cihazlarına gələn bu xüsusiyyət ilə ağıllı saatlarda yolu smartfonsuz tapmaq mümkün olacaq.

Həmçinin, xüsusiyyətin saatlarda görünməsinin bir neçə gün çəkə biləcəyi bildirilir.

 

 



Xəbər xətti